Futbol üzrə Avropa çempionatın açılış oyununda B qrupunda Danimarka və Finlandiya qarşılaşıblar.
AzerTimes-ın məlumatına görə, matçın 42-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kristian Eriksenin huşunu itirərək yerə yıxılması nəticəsində oyunda fasilə yaranıb.29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. İki saatlıq fasilədən sonra UEFA oyunu davam etdirmək qərarını verib.
Qolu 60-cı dəqiqədə Yoel Pohyanpalo vurub. Matç 1:0 hesabı ilə başa çatıb.