AVRO-2020-nin I turunun Danimarka – Finlandiya matçı təxirə salınıb.
AzerTimes-ın məlumatıan görə, buna Danimarka millisinin üzvü Kristian Eriksenin huşunu itirməsi səbəb olub. O, 43-cü dəqiqədə adi epizodda yerə yıxılıb. Bundan sonra dərhal həkimlər meydana daxil olub. Ardınca matçın baş hakimi ilk hissəni başa vurub.
Daha əvvəl UEFA qarşılaşmanın təxirə salındığını açıqlayıb.