AVRO-2020 çərçivəsində Bakıda ikinci oyun başladı – Türkiyə Uelslə qarşılaşır

Xəbər - Orxan Nəbiyev – Trend:

Bakı Olimpiya Stadionunda AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun start götürüb.

AzerTimes-ın məlumatına görə, A qrupunda mübarizə aparan Türkiyə və Uels milliləri qarşılaşır.

Qeyd edək ki, A qrupunun 3 matçının və /4 final mərhələsinin bir oyunu Bakıda keçirilməsi nəzərdə tutulub.

İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb.

Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.


AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Teqlər: