Mayın 15-dən etibarən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılır.
AzerTimes bu barədə AFFA-ya istinadən xəbər verir.
Biletlərin satış məntəqələri ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:
Köşk №1
|
M.Rəsulzadə 3., Bakı,
|
Köşk №2
|
Bülbül prospekti, Nizami küç., Bakı
|
Köşk №3
|
Üzeyir Hacıbəyov küç.69x, Bakı
|
1 saylı “ASAN xidmət” mərkəzi
|
Həsən Əliyev küç.36, Bakı
|
2 saylı “ASAN xidmət” mərkəzi
|
Nobel prospekti 23, AMAY T.M., Bakı
|
3 saylı “ASAN xidmət” mərkəzi
|
Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı
|
Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.
Biletlərin qiymətləri:
1-ci kateqoriya – 250 AZN
2-ci kateqoriya – 150 AZN
3-cü kateqoriya – 60 AZN
AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
A qrupu
12 iyun, saat 17:00
Uels – İsveçrə
16 iyun, saat 20:00
Türkiyə – Uels
20 iyun, saat 20:00
Türkiyə – İsveçrə
1/4 final mərhələsi
3 iyul, saat 20:00
AVRO-2020 ilə bağlı ən son yeniliklərdən dərhal xəbərdar olmaq üçün aşağıda göstərilmiş keçidlərdən istifadə etməklə UEFA-nın xüsusi tətbiqini yükləyə bilərsiniz:
İOS istifadəçiləri üçün:
https://apps.apple.com/az/app/
Android istifadəçiləri üçün:
https://play.google.com/store/apps/