İyunun 19-da futbol üzrə Avropa çempionatının F qrupunda yer alan Almaniya və Portuqaliya yığmaları qarşılaşıblar.
Trend xəbər verir ki, Münhendə oynanılan görüş 4:2 hesabı ilə başa çatıb.
Qolları almanlar tərəfdən Kay Haverts (51), Robin Qonsens (60) portuqallardan isə Ruben Diaş 35-ci və Rafael Gerreyru 39-cu dəqiqədə öz qapilarına, Kriştianu Ronaldu (15) və Dieqo Jota (67) vurblar.
Bu nəticədən sonra F qrupuna 4 xalla Fransa başçılıq edir. Almaniya və Portuqaliya 3 xalla 2-3-cü yerləri bölüşdürür. Macarıstan isə 1 xalla sonuncudur.