Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) Avrasiya Universitetlər
Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın
Universitetinin təsisçisi, professor Mustafa Aydının rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq
türkiyəli həmkarı Mustafa Aydını yenidən Bakı Ali Neft Məktəbində
görməkdən məmnunluğunu ifadə edib. Rektor Elmar Qasımov BANM-in
fəaliyyətindəki yeniliklər, nailiyyətləri, beynəlxalq əlaqələri və
tədris prosesinin təşkili haqqında məlumat verib. Qonaqpərvərliyə
görə Bakı Ali Neft Məktəbinin rektoruna xüsusi təşəkkür edən
Mustafa Aydın təhsildə milli mənəvi dəyərlərin təbliğinin
vacibliyinə toxunub. Bildirib ki, sürətlə dəyişən və qloballaşan
dünyada bu məsələ daha çox əhəmiyyət kəsb edir. Rektor Elmar
Qasımov isə rəhbərlik etdiyi Ali Məktəbdə bu məqama xüsusi diqqət
yetirildiyini vurğulayıb. Bu yaxınlarda Azərbaycanda keçiriləcək
“Texnofest 2022 “ festivalında iştirak edəcək 33 BANM komandasının
hamısına milli adların verildiyini diqqətə çatdırıb. Səmimi mühitdə
keçən görüşdə gələcək əməkdaşlıq imkanları ətrafında fikir
mübadiləsi aparılıb.

Yeri gəlmişkən, Avrasiya Universitetlər Birliyi ( EURAS ) 2008 –
ci ildə İstanbulda təsis edilib. Təşkilat Avropa, Asiya və Yaxın
Şərq regionlarındakı 80 – dən artıq universiteti birləşdirir.

Teqlər: