Sabaha olan hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 36-41° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 38-40° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti təşkil edəcək.
Avqustun 8-9-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət günəş altında qalmaq risklidir.
Azərbaycanın rayonlarında yağmursuz, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.