Avqustda banklar valyuta alışını artırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.

ARDNF-dən AzerTimes-a verilən məlumata görə, fond tərəfindən 2021-ci ilin avqust ayı ərzində 512,3 milyon dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, bu ötən ayla müqayisədə 50,7 milyon dollar azdır.

İyul ayında ARDNF tərəfindən valyuta hərraclarında 461,6 milyon dollar məbləğində vəsait satılmışdı.

Teqlər: