Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:
Aviasiya sahəsinin pandemiyadan əvvəlki səviyyəyə qayıtması 2024-cü ilin ikinci yarısında gözlənilir.
AzerTimes-ın məlumatına görə, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) vitse-prezidenti Sebastyan Mikoş deyib.
Onun sözlərinə görə, 2021-ci il üçün hər hansı bir perspektiv barədə danışmaq tezdir, çünki pandemiyanın mümkün üçüncü dalğası aviasiya sahəsinə daha ciddi ziyan vura bilər:
“Bizim proqnozlarımıza əsasən, bu sahə normal hərəkətini 2024-cü ilin ikinci yarısınadək bərpa edəcək”.
O əlavə edib ki, hazırkı vəziyyətdə sərnişin daşımalarından daha çox yük daşımalarının həcmi artır.