Tanınmış erməni vizajist, Rusiya vətəndaşı, İnstaqramda 11 milyondan çox izləyicisi olan Qohar Avetisyan səhifəsindən Ermənistan bayrağını silib.
AzerTimes xəbər verir ki, o, bu addımı son günlər Ermənistanla sərhəddə baş verən toqquşmadan sonra atıb.
Erməni sosial şəbəkə istifadəçiləri onu tənqid edərək, bir daha onu izləməməyə çağıran kampaniya başladıblar.