Avdeyevka hərbi baxımdan böyük itki deyil. Kütləvi Rusiya bombardmanı nəticəsində şəhərin bütün infrastrukturu məhv edilib.
AzerTimes xəbər verir ki, bunu NATO-nun Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
“Pessimistlər müharibələrdə məğlub olur. Ukrayna üçün çətindir? Bəli. Əgər siz 1942-ci ildə Avropada soruşsaydınız ki, müharibə necə gedir, məncə, optimistlər çox olmazdı. Amma biz qalib gəldik”, – Bauer bildirib.