“Autizm portalı”ı yenilənmiş formatda təqdim edildi

“Autizm portalı”ı yenilənmiş formatda təqdim edildi

“Azercell Telekom”un dəstəyi ilə portalın texniki və funksional imkanları genişləndirilib

“Azercell Telekom”un korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlıqda həyata keçirdiyi “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinin yekun nəticələrinin təqdimatı keçirilib.

“Azercell”in dəstəyilə autizmportali.az platformasının dizayn tərtibatı və texniki imkanları müasir standartlara uyğunlaşdırılıb: portal əsaslı surətdə təkmilləşdirilib, məzmunu və tədris bazası zənginləşdirilib, istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün platformanın funksional imkanları artırılıb. Portalın dinamikləşdirilməsi məzmunların çevik şəkildə yenilənməsinə, “canlı çat” funksiyası isə istifadəçilərə autizm, həmçinin bu sahədə keçirilən reabilitasiya proqramları və mərkəzin digər sosial xidmətləriylə bağlı operativ məlumat almağa imkan verir.

Layihənin nəticəsi olaraq platformada autizm haqqında maarifləndirmə işlərinin miqyası əsaslı şəkildə genişlənib. Belə ki, “Azercell”in dəstəyilə Türkiyənin Tohum Otizm Vakfının Azərbaycan dilinə tərcümə olunmuş 10 cilddən ibarət kitabı, həmçinin autizmin bir sıra aspektlərini əhatə edən məlumatlar toplusu portala yerləşdirilib. Bundan başqa, saytda valideynlərin autizm haqqında dəqiq və etibarlı məlumatlarla təmin olunması məqsədilə həkim-mütəxəssislərin iştirakı ilə video formatda maarifləndirmə çarxları da yer alacaq.

Tədbir uşaqların təqdimat münasibətilə hazırladıqları musiqi proqramı ilə yekunlaşıb.

“Azercell” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müasir texnoloji həllər vasitəsilə cəmiyyətin sosial inkişafı, eləcə də ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görür.

Teqlər: