ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.
İşdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında səsləndirdiyi fikirlər olub.
Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.
Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində “ATV International” kimi fəaliyyət göstərib.
ATV kanalına yeni rəhbər təyin olunan Azər Xəlilov açıqlamasında məlumatın doğru olduğunu bildirib. “Bəli, məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir”.
Bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb.