İngiltərənin Borrou-in-Furnes şəhərində yeni nəsil atom sualtı qayıqlarının tikildiyi gəmiqayırma zavodunda yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yerli polis nüvə çirklənməsi riskinin qeydə alınmadığını bildirib.
Zavodun işçiləri təxliyə olunub, yerli əhaliyə pəncərələri açmamaq tapşırılıb.