“Atletiko Madrid” – “Mançester Yunayted” matçında “Xocalıya ədalət!” posteri açılıb

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Çexiyanın “Vanda
Metropolitano” stadionunda “Xocalıya ədalət!” şüarının əks olunduğu
poster nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bu hadisə
Çempionlar Liqasının “Atletiko Madrid” – “Mançester Yunayted”
futbol klublarının qarşılaşması zamanı baş verib.

Çexiyada yaşayan gənc soydaşımız Fərid Əmrəliyev Xocalı
soyqırımı həqiqətlərinə əcnəbi qonaqların diqqətini cəlb etmək
məqsədilə stadionda “Xocalıya ədalət” şüarının əks olunduğu poster
açıb. Stadion əməkdaşlarının posteri yığışdırmaqla bağlı israrlı
təkidlərinə baxmayaraq, Fərid Əmrəliyev onun bir neçə dəqiqə
ərazində nümayiş etdirilməsinə nail ola bilib.


Qeyd edək ki, Çex Respublikası parlament səviyyəsində Xocalı
soyqırımını tanıyan ölkələrdən biridir.

Teqlər: