Atlantik okeanında 300 nəfər yoxa çıxdı

Atlantik okeanında 300 nəfər yoxa çıxdı

Seneqaldan İspaniyanın Kanar adalarına gedən və ümumilikdə ən azı 300 nəfəri daşıyan üç qayıq Atlantik okeanının sularında itib.

AzerTimes xəbər verir ki, bu barədə miqrantları Avropaya daşınması ilə məşğul olan “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi Elena Maleno deyib.

Onun sözlərinə görə, birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olan iki qayıq 15 gün əvvəl yoxa çıxıb. Üçüncü gəmi 27 iyunda göyərtəsində təxminən 200 nəfərlə Seneqaldan ayrılıb və o vaxtdan bəri ondan xəbər yoxdur.

Teqlər: