Malta və ATƏT Katibliyi mandatlarını tapdalayaraq təşkilatın məcburi şəkildə dağılması istiqamətində səylərini davam etdirir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federasiyasının qurumdakı daimi nümayəndəliyinin yaydığı bəyanatda qeyd olunub.
Bəyantada bildirilib ki, ATƏT-in Baş katibi Helqa Şmid və Maltanın rəhbərliyi Ukrayna qoşunlarının Belqorodu atəşə tutmasını pisləmədən Kiyevin tərəfini tutub:
“Malta Ukraynadakı vəziyyətlə bağlı sələflərinin birtərəfli və qərəzli mövqeyni davam etdirir. ATƏT-in baş katibi açıq şəkildə Belqorodda ölümlə nəticələnən vəhşi raket hücumlarını pisləmədən açıq şəkildə cinayətkar Kiyev rejiminin tərəfini tutdu. Belə ki, Malta və ATƏT Katibliyi mandatlarını tapdalayaraq, təşkilatın məcburi şəkildə dağılması istiqamətində kursu davam etdirir”, – Rusiyanın daimi nümayəndəliyi qeyd edib.