ATƏT Türkiyəyə hər cür dəstəyə hazırdır

ATƏT Türkiyəyə hər cür dəstəyə hazırdır

ATƏT-in Baş katibi Helqa Mariya Şmid Türkiyəyə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verərək bu ölkəyə hər cür dəstəyə hazır olduğunu bildirib.

AzerTimes xəbər verir ki, baş katib bu barədə Tvitter hesabında yazıb.

“Həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm. ATƏT hər cür dəstək verməyə hazırdır”, – Helqa Mariya Şmid yazıb.

Qeyd edək ki, Baş katib həlak olanlarla bağlı başsağlığı kitabını imzalayıb.

Teqlər: