ATƏT sədri Bujar Osmani Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə B.Osmani Tvitterdə yazıb.
“Mən elə bilirdim ki, Kiyevə növbəti dəfə gələnə kimi müharibə başa çatacaq və həyat normallaşacaq. Dağılmış evləri və məhv olmuş insan talelərini görmək insanı narahat edir”, – o paylaşımda qeyd edib.