ATƏT sədri: İrəliləyiş boşa getməməlidir!

ATƏT sədri: İrəliləyiş boşa getməməlidir!

Azərbaycan və Ermənistan arasında indiyədək diplomatik kanallar vasitəsilə əldə edilmiş irəliləyiş boşa getməməlidir.

AzerTimes xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

“Son bir il yarım ərzində sülh müqaviləsi üzərində işin davam etdirilməsi baxımından irəliləyiş əldə olunub. Amma bu cür hallar əldə edilmiş tərəqqiyə təhlükə yaradır və saysız-hesabsız insanların həyatını riskə atır”, – o bildirib.

Öz növbəsində, ATƏT-in Baş katibi Helqa Mariya Şmidt qeyd edib ki, ATƏT çoxillik təcrübəsinə əsaslanaraq yardım göstərməyə hazırdır:

“Hamımız regionda davamlı sülhə və rifaha nail olmaq kimi ümumi məqsədi bölüşürük”.

Teqlər: