ATƏT sədri Bakıya gəlir

ATƏT sədri Bakıya gəlir

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə ATƏT sədrinin mətbuat xidməti məlumat yayıb.

Səfər aprelin 10-13-də baş tutacaq. B.Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirəcək.

Səfər çərçivəsində əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.

Teqlər: