ATƏT missiyası Ukraynanı tərk edir

ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa
çatdırır.

Trend xəbər verir ki, bu barədə missiyanın hesabatında
deyilir.

“Misiyanın bütün beynəlxalq üzvlərinin müvəqqəti təxliyəsi
prosesi demək olar ki, başa çatıb. Son qrup – missiyanın rəhbəri və
yüksək səviyyəli rəhbərlik Ukraynanı tərk edəcək”, – hesabatda
deyilir.


Bundan əvvəl missiyanın bütün beynəlxalq üzvləri artıq ölkəni
tərk ediblər.

“Missiyanın Kramatorsk və Severodonetskdə əvvəllər dislokasiya
olunmuş yerli üzvlərinin hərəkəti davam edir, Mariupolda
yerləşdirilən missiyanın hərəkəti isə təhlükəsizlik məsələləri ilə
əlaqədar təxirə salınır. Missiyanın yerli üzvlərinin daha bir
karvanı Kiyevdən hərəkətə başlayıb”, – sənəddə deyilir.

Teqlər: