ATƏT Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer Azərbaycana
səfər edəcək.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin “Twitter”
səhifəsində bildirilib.
Dövlət Departamenti qeyd edir ki, bu həftə E.Şofer regiona səfər
edəcək və ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh prosesinin
daha yaxşı necə dəstəkləyə biləcəyini müzakirə edəcək.
(Tərcümə: Orxan Nəbiyev)