Rusiya ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Şimali Makedoniyada keçiriləcək iclasına dəvət olunub.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avrasiya İqtisadi Forumunda jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, Rusiya XİN başçısı səviyyəsində tədbirdə iştirak etmək niyyətindədir.
Qeyd edək ki, görüş noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada baş tutacaq.