ATƏT-in seçki prosesi ilə əlaqədar ciddi iradları yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
“Biz həmişə gizlətmədən bildirmişik ki, bütün beynəlxalq təşkilatlar azad olunan ərazilərdə müşahidələr aparsınlar. Bu həm də Azərbaycan xalqına hörmət kiimi qəbul ediləcək”, – o bildirib.
MSK sədri qeyd edib ki, ATƏT-in nümayəndələri artıq azad edilən ərazilərdə olublar:
“Lakin biz arzu edərdik ki, məhz səsvermə günü beynəlxalq təşkilatların nümayədələri bu ərazilərdə keçirilən seçkilərdə iştirak etsinlər. Ukrayna və Maldivdən olan nümayəndələr hazırda azad olunan ərazidədirlər”.