Xəbər verdiyimiz kimi, ATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühiti mövcuddir, davalar, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikalar yaşanır. Daha biabırçı fakt isə ATƏT müşahidə missiyasının tərkibində olan cinsi azlıq nümayəndələri ilə bağlıdır.
AzerTimes xəbər verir ki, bir qrup müşahidəçinin regiona səfəri çərçivəsində kifayət qədər konservativliyi ilə seçilən rayonların birində olduqları zaman cinsi azlıqların nümayəndələri nümayişkaranə şəkildə öz cinsi tələbatlarından irəli gələn hərəkətlər ediblər. Bu isə yerli sakinlərin narazılığına səbəb olub.
Qeyd edək ki, ATƏT-in seçkiləri müşahidə missiyasının daxilində yaşananlar, onların pozitiv hesabatları qəbul etməməsi, üstəlik, tərcüməçilərə qarşı təhqiramiz münasibəti haqda sensasiyalı məlumat yayılıb.