Həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Karbonnier ilə məsləhətləşmələr aparıb.
AzerTimes-ın məlumatına görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Bütün iştirakçılar beynəlxalq humanitar təşkilatların tam və maneəsiz işlərini icra etmələrinin vacibliyini qeyd ediblər.
BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüş çəçivəsində həmsədrlər Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıb və mümkün deeskalasiya və humanitar tədbirləri, həmçinin məhbuslar, itkin düşmüş şəxslər, eləcə də bütün köçkünlərin könüllü olaraq geri qaytarılması barədə humanitar tədbirləri müzakirə ediblər.