Sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək. Sülh sazişindən sonra bu məsələ də həll olunacaq.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, rəsmi Bakı İrəvana təklif edib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin.