Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib və bundan sonra da
dəstəkləyəcək.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin
sədri Mustafa Şentop Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında çıxışı
zaman deyib.
O qeyd edib ki, Azərbaycan torpaqları işğal olunmuşdu və
beynəlxalq təşkilatlar torpaqların işğalını tanımışdılar, problemin
həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı. “Ancaq bu təşkilat 30
ildən çox müddət ərzində heç bir həll yolunu həyata keçirə bilmədi.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini
azad etdi. Azərbaycanın mübaruzəsində hər zaman dəstək vermişik və
bundan sonra da verəcəyik. Azərbaycanın mövqeyi haqlı idi və onlar
öz əraziləri uğrunda mübarizə aparırdı”, – deyə o əlavə edib.