ATƏT-ın hazırkı sədri təşkilatın səhra missiyalarına müraciət edib

ATƏT-in səhra missiyaları işlədikləri ölkələrə dəstək göstərməyə davam etməlidir.

AzerTimes-ın məlumatına görə, bunu ATƏT-ın hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde mətbuat konfransında deyib.

O dialoqu münaqişələrin tənzimlənməsi məsələsində ATƏT-in vacib aləti adlandırıb:

“Biz təşkilatın bu günədək gördüyü işləri ilə fəxr edirik və gələcəkdə də ATƏT regionu ölkələrində etimadın möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirməyi planlaşdırırıq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: