Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:
ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde yaxın zamanlarda Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir.
AzerTimes-ın məlumatına görə, bu barədə o, ATƏT Parlament Assambleyasının qış sessiyasında deyib.
O bildirib ki, səfər zamanı İkinci Qarabağ müharibəsindən sonra regiondakı vəziyyətlə tanış olmağı planlaşdırır.