ATƏT Ermənistan ilə Azərbaycan sərhədində gərginliyi azaltmağa çağırır.
AzerTimes-ın məlumatına görə, bu barədə ATƏT-in sədri, İsveçrə Xarici İşlər naziri Ann Linde öz “Twitter” səhifəsində yazıb.
A.Linde bildirib: “Biz Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə olunmasını alqışlayır və gərginliyi azaltmağa çağırırıq. İnsan itkiləri ilə bağlı təəssüfümüzü bildiririk”.
Qeyd edək ki, Ermənistanın noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan ordusunun 7 hərbçi qulluqçusu şəhid olub, 10-u yaralanıb.