ATƏT ötən gün Praqada keçirilmiş dördtərəfli görüşün nəticələrini alqışlayır.
AzerTimes xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.
Bildirilib ki, bu, regionda dayanıqlı sülh yolunda vacib addımdır və ATƏT bu prosesi dəstəkləyir.
Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.