ATƏT həllin bir parçası olmaq şansını itirib.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında çıxışı zamanı deyib.
Nazir söyləyib ki, ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə, o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu:
“Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstəmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi”.