ATƏT Azərbaycanla Ermənistan arasında sülh və dialoqa töhfə verməyə hazırdır – Təşkilatın sədri

ATƏT Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə və
dialoqa töhfə verməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri,
Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau Azərbaycan
xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında
deyib.

“Cənubi Qafqazda sülhün bərpa olunması ilə bağlı Ermənistanı
ehtiyatlı davranmağa çağıracağam. Biz itkinlərin taleyinin həlll
edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim
əsas məqsədimiz uzunmüddətli sülhü təmin etməkdir”, – o
vurğulayıb.

Teqlər: