ATƏT Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdır

ATƏT Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə gələn təkrar məlumatlardan narahatdır.

AzerTimes-ın m\lumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici İşlər Naziri Ann Linde Twitter səhifəsində yazıb.

O bildirib: “Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə təkrar gələn məlumatlar bizi narahat edir. Bütün həll olunmamış məsələlər sülh yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. ATƏT dialoq üçün əlverişli bir atmosfer yaratmaq üçün kömək göstərməyə və etimadın möhkəmləndirilməsi tədbirləri görməyə hazırdır ”.


Teqlər: