ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Qəzza zolağında atəşkəsə çağırmamasının səbəblərini açıqlayıb.
AzerTimes xəbər verir ki, o, ABC telekanalına müsahibəsində atəşkəsi HƏMAS-ın pozduğunu bildirib.
“Atəşkəs var idi, HƏMAS mülki əhaliyə vəhşicəsinə hücumu ilə bunu pozdu. HƏMAS uzun illərdir ardıcıl olaraq atəşkəs rejimini pozur”, – H.Klinton deyib.
O qeyd edib ki, İsrailin də Ukrayna kimi özünümüdafiə hüququ var.
Eyni zamanda, Klinton İsrailin müharibə qaydalarına uyğun davranmalı və dinc əhali arasında itkilərin qarşısını almaq və sayını azaltmaq üçün hər şeyi etməli olduğunu vurğulayıb.