Qəzzada müvəqqəti atəşkəs təklifləri yalnız fələstinlilərin əsas tələblərinin yerinə yetirilməsinə zəmanət vermir və yalnız “nümayiş üçün” irəli sürülüb.
AzerTimes xəbər verir ki, bunu HƏMAS rəsmisi İzzət ər-Rişq deyib.
O qeyd edib ki, Netanyahu zamanla oynayır və HƏMAS ilə danışıqlardan davam edən təcavüz üçün “pərdə” kimi istifadə edir:
“Bir neçə günlük atəşkəs təklifi yalnız özünü göstərmək üçün nəzərdə tutulub, çünki bu, İsrail təcavüzünün dayandırılmasını, qoşunlarının anklavdan çıxarılmasını və ya köçkünlərin geri qaytarılmasını nəzərdə tutmur”.