Atasının üç mərasimində özünü binadan atdı

Atasının üç mərasimində özünü binadan atdı

Gəncə şəhərində intihar hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, şəhərin Bağbanlar qəsəbəsində əslən Xocalı rayonundan olan 1998-ci il təvəllüdlü Elsəvər Şükürov beşmərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

İlkin məlumata görə, 24 yaşlı şəxs atasının ölümünə dözməyərək bu addımı atıb.

Qeyd edək ki, bu gün onun atasının üç mərasimi keçirilir. İntihar edən şəxsin psixi problemlərinin olduğu da bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Teqlər: