Atasının obyektini qəsdən yandırdı

Atasının obyektini qəsdən yandırdı

Sumqayıtda oğul atasının obyektini qəsdən yandırıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 9-u gecə saatlarında şəhərin Qurd dərəsi yaşayış massivinin ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. FHN-in yanğından mühafizə qüvvələri tərəfindən yanğın söndürülüb. Yanğın nəticəsində 1945-ci il təvəllüdlü Elman Museyib oğlu Doluxanova məxsus ümumi sahəsi 150kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı qeyri-yaşayış obyektlərinin 30kv.m sahədə lambirdən ibarət tavanı əriyib və əşyaları yanıb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırma, o cümlədən müşahidə kameralarına baxış və şahidlərin dindirilməsi nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılan araşdırma zamanı zərərçəkmiş – obyektin sahibi Elman Museyib oğlu Doluxanov ifadəsində yanğının öz oğlu tərəfindən törədildiyini qeyd edib.

Obyektin nəzarət kameralarına baxış keçirilərkən hadisənin həqiqətən də zərərçəkmişin oğlu 1971-ci il təvəllüdlü Doluxanov Kalif Elman oğlu tərəfindən qəsdən törədilməsi faktı təsdiqini tapıb.

Qeyd olunan məsələ ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Teqlər: