Bu gün Azərbaycanda yeni dərs ili başlayıb.
AzerTimes xəbər verir ki, ilk dəfə məktəbə gedən uşaqlar arasında şəhid övladları da var.
Onlardan biri 2016-cı ilin Aprel döyüşlərində şəhid olan zabitimiz, leytenant Qabil Orucəliyevin oğlu Qabildir. Atası şəhid olmazdan 4 gün əvvəl, 2016-cı ilin 29 mart tarixində dünyaya gəlmiş balaca Qabil atasının ad-soyadını yaşadır.
Qeyd edək ki, şəhid leytenant Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.