Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev azadlığa buraxılan kimi ölkəni tərk edib.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, Atambayev Dubaya uçub, burdan isə müalicə üçün İspaniyaya yollanacaq.
“Almazbek Atambayev bu gün 06:30-da Bişkek-Dubay marşrutu ilə uçub. Oğlu Kadırbek də onunla birlikdədir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən ailəsi Almazbek Atambayevin azadlığa buraxıldığını bildirmişdi.