Atam infarktdan vəfat etdi – Baykalın qızı

Atam infarktdan vəfat etdi – Baykalın qızı

Atam evdə yuxuda infarkt keçirərək vəfat edib. Fevralın 14-də doğulduğu Antalya şəhərində torpağa tapşırılacaq.

AzerTimes Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykalın qızı Əsli Baykal deyib.

Beyin damarlarında tıxanmaya görə müalicə üçün bir müddət əvvəl Almaniyaya gedən Baykal fevralın 11-də 84 yaşında dünyasını dəyişib.

Dəniz Baykal üçün fevralın 14-də Türkiyə Böyük Millət Məclisində anım mərasimi keçiriləcək. Əhməd Hamdi Akseki məscidində cənazə namazından sonra dövlət qəbiristanlığında dəfn ediləcək.

Teqlər: