Atalarının iqtidar haqda dediyini unudan satqınlar…

Atalarının iqtidar haqda dediyini unudan satqınlar…

İqtidarı tənqid etmək olar və mümkündür, hətta bəzən vacibdir. Biz də zəruri hesab edəndə bunu edirik. Amma riyakarlığın miqyasına baxın ki, dünənə qədər Ərdoğanı korrupsiyada, insan hüquq və azadlıqlarını məhdudlaşdırmaqda, avtoritarizmdə ittiham edənlər, belələrini tapıb efirə çıxaranlar indi Türkiyəni öyən, amma yumşaq bir qardaş tənqidinin də yer aldığı məqaləyə görə Ərdoğanın “müdafiəçisi”nə çevriliblər. Düşünürlər ki, əllərinə bəhanə keçib, iqtidara xalqın dəstəyini azaltmaq üçün Türkiyə-Azərbaycan münasibətlərini korlamaq da olar. Amma yanılırlar. Onları dinləyəndə adamın ürəyi bulanır. İlham Əliyev dəfələrlə bəyan edib ki, biz böyük türk ailəsinin üzvüyük.

AzerTimes xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev “Elçi”yə geniş müsahibəsində deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının yaranmasında və güclənməsində Azərbaycanın xüsusi rolu olub. Şuşa Bəyannaməsi”ni də Ərdoğanla İlham Əliyev imzalayıb:

“İlham Əliyev hər zaman Türkiyənin Vətən müharibəsində verdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirib. Bunu görməmək üçün olduqca qərəzli olmaq lazımdır. Zamanında İlham Əliyevin sərəncamı ilə yüksək vəzifələr tutub bundan məmnun olanlar, atalarının bu iqtidar haqqında dediklərini unudanlar, xarici kəşfiyyat ələ alana qədər iqtidarın fəaliyyətini xarici telekanallarda vəsf, mədh edənlər bu gün ağız-ağıza verib, utanmadan nə gəldi danışırlar. Başa düşmürlər ki, fəaliyyətləri ilə yalnız süfrə üzərində uçan milçək effekti yarada bilərlər. Yazıqlar olsun!”

Teqlər: