ATACMS raketləri hələ çatdırılmadığı üçün ABŞ Ukraynaya başqa sistemlərin verilməsilə bağlı variantlar axtarır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.
“Hərbi nöqteyi-nəzərdən baxanda ATACMS-lərin sayı bizdə azdır və biz əmin olmalıyıq ki, sursat ehtiyatımız var. ATACMS-lə eyni mənzilə sahib başqa sistemlər də var. Məsələn, bunu edə bilən PUA-lar və ingilislərin bir neçə sistemi var”, – Milli bildirib.