Amerika istehsalı olan ATACMS raketlərinin Bryansk vilayətinə hücumundan sonra Rusiya Prezidenti Vladimir Putinin iş qrafiki dəyişməyib.
AzerTimes xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, noyabrın 19-da Rusiya Müdafiə Nazirliyi Bryansk vilayətinə uzaqmənzilli ATACMS raketlərindən istifadə ilə ilk zərbə endirilməsini təsdiqləyib.