Türkiyənin Müdafiə Nazirliyi Ukraynanın ABŞ istehsalı olan ATACMS raketlərindən istifadəsinin yeni qarşıdurmalara səbəb olmayacağını ümid etdiyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası MN-dəki mənbələrə istinadla məlumat yayıb.
“Ukraynanın ABŞ istehsalı olan ATACMS raketlərindən istifadəsi, Moskvanın cavab bəyanatları və Rusiyanın yeni nüvə doktrinasını təsdiq etməsi müharibənin istiqaməti baxımından narahatlıq doğurur. Ümid edirik ki, mövcud münaqişə yaxın gələcəkdə başqa bir müstəviyə keçməyəcək”, – mənbə bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, ABŞ-ın ATACMS raketlərinin Ukrayna ərazisində istifadəsinə icazə verməsi regionu və bütün dünyanı yeni genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə qoya bilər.