“Atabəy” filmi Ərdəbildə maraqla qarşılandı

“Atabəy” filmi Ərdəbildə maraqla qarşılandı

Azərbaycan türkcəsində çəkilmiş “Atabəy” bədii filmi Ərdəbilin Mühəqqiqi Ərdəbili Universitetində nümayiş olunub.

AzerTimes xəbər verir ki, bundan öncə Tehran, Təbriz, Urmiya, Zəncan və başqa bir neçə şəhərdə azərbaycanlılar tərəfindən maraqla izlənilən fimin Ərdəbil Universitetində ekrana çıxarılması azərbaycanlılar tərəfindən coşqu ilə qarşılanıb.

“Atabəy” filminin ekrana çıxarılmasına hökumətin qısqanc münasibəti və nümayişinə qoyduğu məhdudiyyətlə baxmayaraq, türk dilində olan film cari ildə İranda ən çox satılan filmlər siyahısındadır.

Qeyd edək ki, tanınmış azərbaycanlı rejissor və aktyor Hadi Hicazifərin və Niki Kəriminin 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi haqqında çəkdikləri bu film İranın “Fəcr Film Festivalı”nda “ən yaxşı film”, “ən yaxşı ilk film”, “ən yaxşı səs yazısı”, “ən yaxşı musiqi” və “ən yaxşı xüsusi effektlər” nominasiyalarında “Büllur Simurq” mükafatını alıb.

Teqlər: