Ata və 15 yaşlı oğlu bıçaqlandı, biri öldü

Ata və 15 yaşlı oğlu bıçaqlandı, biri öldü

09:37

Xaçmazda ata və oğlu davada bıçaqlanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb

Köhnə-Xudat kənd sakinləri – 1988-ci il təvəllüdlü Nurlan Babaverdi oğlu Məmmədrəhimov və onun övladı 2009-cu il təvəllüdlü Cavidan Nurlan oğlu Məmmədrəhimov dava zamanı bıçaqlanıblar.

C.Məmmədrəhimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, onun atası N.Məmmədrəhimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxsin tutulması istiqamətində işlər aparılır.

***

Xaçmazda qətl törədən şəxs tutulub.

Xaçmaz rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Teqlər: