Ata Abdullayevin məhkəməsinin vaxtı məlum oldu

Xəbər - Samir Əli – Trend:

Hədə qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

AzerTimes-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 8-ə təyin olunub.

Prosesə hakim Fikrət Qəribov sədrlik edəcək.

Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, A.Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

O Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Teqlər: